EN

Meksikada narkokartel əməliyyatından sonra kütləvi iğtişaşlar baş verdi

Bakı. Trend:

Meksikanın bir neçə regionunda “Xalisko Yeni Nəsil” (CJNG)narkokartelinin “El Menço” ləqəbli başçısı Nemesio OseqeraServantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvişəkildə bağlanması, maşınların və kommersiya müəssisələrininyandırılması qeydə alınıb.

Trend xəbər verirki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, əməliyyat Talpa-de-Alyende bələdiyyəsində(Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinəcavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan,Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartelüzvləri avtomobil yollarını bağlayıblar.

Servantes “El Çapo” ləqəbli Xoakin Qusmanın həbsindən sonraölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikinböyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatındafəaliyyət göstərir.

Chosen
5
5
az.trend.az

10Sources