EN

Dambrauskas dilə gəldi: “Azarkeş sayımız artmaq əvəzinə, azalır”

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:

– Çox yaxşı oyun alındı. Son dəqiqələrdə fərqlənsək belə, komandanın performansından xoşum gəldi. Rəqibə irəlidə təzyiq edirdik, çoxlu qol fürsətləri yaratdıq. Məmnunam ki, bu gün qapımızı toxunulmaz saxladıq. Daha bir neçə qol vura bilərdik. Rəqibin də yaxşı oyun planı var idi. Sona qədər bizi təzyiq altında saxladılar.

– Son iki oyunda çətin qələbələr qazanırsınız. Bunu “Qarabağ”la oyunöncəsi həyəcan siqnalı kimi qəbul edirsiniz? 
– Ola bilər. Belədə çox işləmək və oyanmaq lazımdır.

– Mikels və yeni transfer Mbina Orfenin fiziki durumu necədir?
– Mikelsin qayıdışı hər birimizi sevindirdi. Son 20 dəqiqədə meydanda oldu. O, özünü sübut etmiş futbolçudur. Orfe xəstələnib. Meydana qayıtması üçün 2-3 həftə vaxt lazımdır.

– “Qarabağ”la oyun rəqib meydanında keçirəcək. “Sabah” azarkeşlərinə hansı çağırışı edə bilərsiniz?
– İstərdik ki, önümüzdəki həftədə tribunada daha çox azarkeşimizi görək. Əvvəlki konfranslarda da demişəm, ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də, havaya görədir. “Qarabağ”la oyunda stadiona çox azarkeşin gəlməsini istərdim. Komandalarınızı Çempionlar Liqasında, Avropa Liqasında görmək istəyirsiniz, amma daxili çempionat da önəmlidir. Çox istərdim ki, növbəti matçda azarkeşlər tribunada yerini alsınlar.

Chosen
7
3
msport.az

4Sources