"Sabah" Misli premyer-liqasının 21-ci tur matçında "Kəpəz"ə qalib gəldi - 1:0.
"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
– Çox yaxşı oyun alındı. Ümumiyyətlə, son dəqiqələrdə fərqlənsək belə, komandanın performansından çox xoşum gəldi. Rəqibə irəlidə təzyiq edirdik, çoxlu qol fürsətləri yaratdıq. Məmnunam ki, bu gün qapımızı toxunulmaz saxladıq. Daha bir neçə də qol vura bilərdik. Rəqibin də yaxşı oyun planı var idi. Sona qədər bizi təzyiq altında saxladılar.
– Son iki oyunda çətin qələbələr qazanırsız. Bunu “Qarabağ”la oyunöncəsi həyəcan siqnalı kimi qəbul edirsiz?
– Ola bilər. Belə halda, çox işləmək və oyanmaq lazımdı.
– Mikels və yeni transfer Orfenin fiziki durumu necədi?
– Mikelsin qayıdışı hər birimizi sevindirdi. Son 20 dəqiqədə meydanda oldu. O, özünü sübut etmiş futbolçudur. Orfe xəstələnib. Meydana qayıtması üçün 2-3 həftə vaxt lazımdı.
– “Qarabağ”la oyun rəqib meydanında keçiriləcək. “Sabah” azarkeşlərinə hansı çağırışı edə bilərsiz?
– İstərdik ki, önümüzdəki həftə tribunada daha çox azarkeşimizi görək. Əvvəlki konfranslarda da demişəm, ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır. Bilmirəm nə ilə bağlıdı. Bəlkə də, havalara görədi. “Qarabağ”la oyunda stadiona çox azarkeşin gəlməsini istərdim. Komandalarınızı Çempionlar Liqasında, Avropa Liqasında görmək istəyirsiz, amma daxili çempionat da önəmlidi. Çox istərdim ki, növbəti matçda azarkeşlər tribunada yerini alsınlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta