AZ

“Azarkeş sayımız artmaq əvəzinə azalır” Dambrauskas

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çox yaxşı oyun alındı. Ümumiyyətlə, son dəqiqələrdə fərqlənsək belə, komandanın performansından çox xoşum gəldi. Rəqibə irəlidə təzyiq edirdik, çoxlu qol fürsətləri yaratdıq. Məmnunam ki, bu gün qapımızı toxunulmaz saxladıq. Daha bir neçə də qol vura bilərdik. Rəqibin də yaxşı oyun planı var idi. Sona qədər bizi təzyiq altında saxladılar.

– Son iki oyunda çətin qələbələr qazanırsınız. Bunu “Qarabağ”la oyunöncəsi həyəcan siqnalı kimi qəbul edirsiniz? 

– Ola bilər. Belə halda, çox işləmək və oyanmaq lazımdır.

– Mikels və yeni transfer Mbina Orfenin fiziki durumu necədir?

– Mikelsin qayıdışı hər birimizi sevindirdi. Son 20 dəqiqədə meydanda oldu. O, özünü sübut etmiş futbolçudur. Orfe xəstələnib. Meydana qayıtması üçün 2-3 həftə vaxt lazımdır.

– “Qarabağ”la oyun rəqib meydanında keçirəcək. “Sabah” azarkeşlərinə hansı çağırışı edə bilərsiniz?

– İstərdik ki, önümüzdə həftə tribunada daha çox azarkeşimizi görək. Əvvəlki konfranslarda da demişəm, ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də, havalara görədir. “Qarabağ”la oyunda stadiona çox azarkeşin gəlməsini istərdim. Komandalarınızı Çempionlar Liqasında, Avropa Liqasında görmək istəyirsiniz, amma daxili çempionat da önəmlidir. Çox istərdim ki, növbəti matçda azarkeşlər tribunada yerini alsınlar.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
futbolpress.az

4Mənbələr