EN

Moskva üzərində 7 PUA vuruldu - Bütün hava limanları bağlandı

Moskva səmasında yeddi pilotsuz uçuş aparatı (PUA) məhv edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Moskva üzərində bir neçə PUA-nı zərərsizləşdirib.

Hazırda vurulan dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin əməkdaşları işləyir. Hadisə yerlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
 

Pilotsuz uçuş aparatları ilə bağlı təhlükə səbəbindən Moskva üzərində hava məkanı müvəqqəti olaraq bağlanıb. Paytaxtın bütün hava limanlarında — uçuşların qəbulu və göndərilməsi dayandırılıb. Reyslər ya təxirə salınıb, ya da alternativ aerodromlara yönləndirilib.


Rəsmi qurumlar hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat verməyib.


Bizim.Media

Chosen
4
2
bizim.media

10Sources