AZ

Ukrayna Rusiyaya hava zərbələri endirib VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı və Rusiya mətbuatı məlumat yayıb. İctimai fəalların hesablamalarına görə, Krasnodar diyarı fevralın 16-da axşam saatlarından pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Hava hücumundan müdafiə qüvvələrinin bölgə üzərində 20-dən çox pilotsuz uçan aparatı vurduğu bildirilir. “Krasnodar diyarı “Lyutıy” seriyalı pilotsuz təyyarələrin kütləvi hücumuna məruz qalıb. Ötən axşamdan bəri 24-dən çox dron enişi qeydə alınıb. İlski kəndinə PUA-ların qalıqlarının düşməsi nəticəsində ziyan dəyib, xəsarət alan iki yerli sakin xəstəxanaya çatdırılıb. Bir neçə yaşayış binasına ziyan dəyib, onlardan ikisi dron qalıqlarının düşməsi nəticəsində alovlanıb”, - operativ qərargahı bildirib. Ekstremal xidmətlərin məlumatına görə, dağıntıların əksəriyyəti kəndin yaşayış massivində baş verib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Pilotsuz təyyarənin hücumu İlski Neft Emalı Zavodunda yanğına səbəb olub. Xəsarət alan olmayıb. Neft çəni zədələnib. Ümumi yanğın sahəsi təxminən 700 kvadratmetrdir. Yanğının söndürülməsinə 72 nəfər canlı qüvvə və 21 texnika, o cümlədən yanğınsöndürən qatar cəlb edilib. - Hava təhlükəsi səbəbindən Krasnodar, Soçi və Gelendjik hava limanları ən azı dörd saatlıq fəaliyyətini dayandırıb. Novorossiysk və Slavyansk-na-Kubani şəhərlərində də həyəcan siqnalları səslənib”, - Rusiya mediası yazır. Eyni zamanda pilotsuz təyyarələr Tatarıstan Respublikasına da hücum edib. Səhər saat 3:00 radələrində Kazan və Nijnekamsk şəhərlərinin kənarında partlayışlar baş verib. Şahidlər səmada parlaq işartıların və partlayış səslərinin olduğunu, bundan sonra Kazanın bir rayonunda elektrik enerjisinin kəsildiyini bildiriblər. Kazan və Nijnekamsk hava limanları da uçuşları müvəqqəti dayandırıb. Tatarıstana zərbələrin nəticələri barədə rəsmi məlumat yoxdur.

Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
azvision.az

1Mənbələr