Gəncədə universitet tələbəsi vəfat edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 2007-ci il təvəllüdlü, Quba rayonundan olan Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib.
Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə yerləşdirilib.