EN

Cəbrayılda açıq ərazidə yanğın baş verib

Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

"Cebheinfo.az"

Chosen
3
22
cebheinfo.az

10Sources