AZ

Cəbrayılda açıq ərazidə yanğın oldu

Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Seçilən
1
22
buta.tv

10Mənbələr