EN

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib (FOTO)

Bakı. Trend:

Prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatlarıarasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyətistiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması,məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməlolunması, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatlarınictimailəşdirilməsinin qarşısının alınması məqsədilə cari ilinfevral ayının 20-də jurnalistlər üçün “İstintaq sirri və media:ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusundatreninq təşkil olunub.

Trend xəbər verir ki,tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi NigarQələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri,informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiyasahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədəəməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətəçatdırıb.

Treninqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroruKənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığınıncəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımındanəhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad vəməsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.

Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyükprokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatlarınmahiyyəti, bu məlumatların vaxtından əvvəl və ya qanunsuzyayılmasının yaratdığı hüquqi və ictimai fəsadlar barədə çıxışedib.

Tədbir çərçivəsində Real TV-nin baş direktoru Mirşahin Ağayev“Azərbaycan informasiya sahəsində milli maraqlar və media”mövzusunda çıxış edərək informasiya mühitində milli maraqlarınqorunması, ictimai rəyin formalaşmasında medianın rolu və bu sahədəmövcud çağırışlara toxunub.

Eyni zamanda, 2026-cı ilin “Memarlıq və Şəhərsalma ili” elanolunması ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaatUniversitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri NicatAbdullayev “2026-cı il ‘Memarlıq və Şəhərsalma ili’ kontekstindəictimai kommunikasiya və media savadlılığı” mövzusunda təqdimatlaçıxış edərək, müasir kommunikasiya mədəniyyətinin formalaşmasındamedia savadlılığının rolunu qeyd edib.

Bundan əlavə, “Sosial məsələlərin həllinə dəstək” İctimaiBirliyinin sədri Nərmin Daşdəmirbəyli media, dövlət və vətəndaşcəmiyyəti münasibətləri, ictimai faydalı təşəbbüslərin təşviqindəinformasiya platformalarının rolu və sosial məsuliyyət prinsipləribarədə çıxış edib.

Treninq interaktiv formada keçib, mövzu ətrafında geniş fikirmübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallarcavablandırılıb.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Məqalədə:
Chosen
14
4
az.trend.az

6Sources