Pekin, 19 fevral, AZƏRTAC
Çinin Hunan əyalətində yanğın söndürülməsi əməliyyatından qayıdan avtomobilin uçuruma düşməsi nəticəsində 6 nəfər həlak olub, bir nəfər yaralanıb.
AZƏRTAC Hunan əyalətinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 12:00) Sinxua rayonunda baş verib.
Hazırda qəzanın səbəbinin araşdırılması və yaralılara tibbi yardım daxil olmaqla sonrakı tədbirlər davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin