AZ

Çində yanğınsöndürən avtomobil uçuruma düşüb: 6 nəfər həlak olub

Pekin, 19 fevral, AZƏRTAC

Çinin Hunan əyalətində yanğın söndürülməsi əməliyyatından qayıdan avtomobilin uçuruma düşməsi nəticəsində 6 nəfər həlak olub, bir nəfər yaralanıb.

AZƏRTAC Hunan əyalətinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 12:00) Sinxua rayonunda baş verib.

Hazırda qəzanın səbəbinin araşdırılması və yaralılara tibbi yardım daxil olmaqla sonrakı tədbirlər davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
84
1
azertag.az

2Mənbələr