EN

Gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsi elan olunub

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Elm Fondu 2026-cı il üzrə gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsini elan edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqə fundamental və tətbiqi elmi-tədqiqat layihələrini əhatə edir. Qalib layihələrə 75 min manatadək maliyyə ayrılıb.

Müsabiqədə 35 yaşadək gənc alimlər iştirak edə bilərlər. Layihələrin elektron qəbulu aprelin 9-u saat 18:00-dək, çap sənədləri isə aprelin 10-u saat 17:00-dək qəbul olunacaq. Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim edilir və müraciətlərin son günlərə saxlanılmaması tövsiyə olunur. Müsabiqə ilə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən, [email protected] və ya +99412 504 2756 əlaqə vasitələri əldə etmək mümkündür.

 

Chosen
81
2
azertag.az

3Sources