AZ

Gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsi elan olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Elm Fondu 2026-cı il üzrə gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsini elan edib.

Fonddan hafta.az-a bildirilib ki, müsabiqə fundamental və tətbiqi elmi-tədqiqat layihələrini əhatə edir. Qalib layihələrə 75 min manatadək maliyyə ayrılıb.

Müsabiqədə 35 yaşadək gənc alimlər iştirak edə bilərlər. Layihələrin elektron qəbulu aprelin 9-u saat 18:00-dək, çap sənədləri isə aprelin 10-u saat 17:00-dək qəbul olunacaq. Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim edilir və müraciətlərin son günlərə saxlanılmaması tövsiyə olunur. Müsabiqə ilə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən, [email protected] və ya +99412 504 2756 əlaqə vasitələri əldə etmək mümkündür.

Seçilən
45
2
hafta.az

3Mənbələr