EN

Rusiyanın Cənubi Qafqazda nüfuzu qalmayıb - Politoloq

BAKI, 19 fevral. TELEQRAF

“Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar?”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi, “Tramp Marşrutu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması Kremli hərəkətə gətirib. Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar: “Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar”.

Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar?

Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirəcək”, - ekspert bildirib.

Chosen
29
1
teleqraf.com

2Sources