AZ

Cənubi Qafqazda “sıxışdırılan” Rusiya niyə gileylənir?

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Cənubi Qafqazda məhkəmlənməsi, “Tramp yolu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla strateji tərəfdaşlıq xartiyasını imzalaması Kremli “hərəkətə” gətirib. Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar: “Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar? Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa Birliyi və ABŞ-la əməkdaşlığı genişləndirəcəklər”, - politoloq bildirib.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiyanı qonşu dövlətlərdən sıxışdırıb çıxarmaq cəhdləri” haqda danışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
axar.az

2Mənbələr