EN

Dövlət Komitəsi: Füzuli şəhərində həyat öz axarındadır - VİDEO

"Yenidən inşa edilən Füzuli şəhərinə birinci mərhələdə köçürülən sakinlər – keçmiş məcburi köçkünlər uzun illərin ayrılığından sonra yenidən birlikdədirlər".

APA xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumatda öz əksini verilib.

"Söhbətgahlar, uşaq meydançaları gecə-gündüz dolub-boşalır. Böyüklər xatirələrini bölüşür, balacalar müxtəlif oyunlarla vaxt keçirirlər.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoçarxda Füzuli şəhərinin bugünkü həyatından maraqlı anlar görüntülənir", - Komitədən bildirilib.

Videoçarxın məqsədi bölgəyə qayıdan sakinlərin gündəlik həyatını və uşaqların xoşbəxt anlarını nümayiş etdirərək ictimaiyyətin məlumatlandırılmasıdır.

Chosen
38
2
apa.az

4Sources