AZ

Dövlət Komitəsi Füzuli şəhərindən videoçarx hazırlayıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərindən videoçarx hazırlayıb.

Dövlət Komitəsindən APA-ya bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoçarxda Füzuli şəhərinin bugünkü həyatından maraqlı anlar görüntülənir.

Videoçarxın məqsədi bölgəyə qayıdan sakinlərin gündəlik həyatını və uşaqların xoşbəxt anlarını nümayiş etdirərək ictimaiyyətin məlumatlandırılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
apa.az

4Mənbələr