EN

İtkin-şəhidin nəşi Lerikdə dəfn edildi

LERİK, 19 fevral. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərdən birinin nəşi 34 ildən sonra müəyyən edilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lerik rayonunun Mastail kənd sakini, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyev 1992-ci ilin sentyabr ayında Sırxavənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Uzun illər aparılan araşdırmalardan sonra onun qalıqları identifikasiya olunub.

Şəhidin nəşi Lerik rayonunda torpağa tapşırılıb. Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Subay olan Nail Dənziyev 18 yaşında vətən borcunu yerinə yetirərkən itkin düşmüşdü. 13 fevral 1997-ci il tarixində rəsmi olaraq ona şəhid statusu verilmişdi.

Chosen
30
2
teleqraf.com

3Sources