AZ

Lerikdə 34 ildən sonra şəhidin nəşi tapıldı – FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhidlərdən biri – Lerik rayonunun Mastail kənd sakini, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin nəşi 34 ildən sonra tapılıb.

NOCOMMENT.az xəbər verir ki, 18 yaşında hərbi xidmətə yollanan Nail Dənziyev 1992-ci ilin sentyabr ayında Ağdərə rayonunun Sırxavənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü. Uzun illər aparılan araşdırmalar nəticəsində şəhidin qalıqları müəyyən edilərək ailəsinə təhvil verilib.

Şəhidin dəfn mərasimi bu gün Lerik rayonunda keçirilib. Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Subay olan Nail Dənziyev vətən qarşısındakı borcunu yerinə yetirərkən itkin düşmüşdü. 13 fevral 1997-ci il tarixində ona rəsmi olaraq şəhid statusu verilib.

 

Seçilən
34
2
nocomment.az

3Mənbələr