EN

Bakı metrosundakı tüstülənmənin SƏBƏBİ AÇIQLANDI – RƏSMİ

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ! Bakı metrosunda qatarda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü – VİDEO


Bizim.Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.

Qeyd edək ki, bu gün metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib. Tüstülənmə səbəbindən bütün sərnişinlər düşürülüb.

Bizim.Media

Chosen
88
6
bizim.media

10Sources