AZ

Metroda daha bir nasazlıq - Sərnişinlər düşürüldü

Bakı metropoliteninin “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Metropolitendən məlumat verilib.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

"Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub", - deyə qurumdan bildirilib.

Xatırladaq ki, səhər saatlarında "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülmüşdü.

Seçilən
41
2
ucnoqta.az

10Mənbələr