EN

"Nərimanov" stansiyasında qatarda problem YARANDI

Bakı metropoliteninin “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Redaktor.az-a Metropolitendən məlumat verilib.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

"Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub", - deyə qurumdan bildirilib.

Chosen
44
5
redaktor.az

10Sources