"Heç şübhəsiz ki, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir.
Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Onu da unutmayaq ki, bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq.
Ona görə gəlin, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. O dünyada biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq.
Allah bütün dua və ibadətləri qəbul etsin! Allah ölkəmizi, ölkə başçımızı, dövlətimizi qorusun!"