AZ

Namaz qılmayan şəxs oruc tuta bilər? - AÇIQLAMA

"Zaman-zaman İslam dünyasında, xüsusilə Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. Təəssüf ki, cəmiyyət olaraq biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik".

"Unikal" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib:

"Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Onu da unutmayaq ki, bəlkə də bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa başlayacaq. Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. O dünyada  biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq".

Seçilən
42
9
unikal.az

10Mənbələr