Moderator.az saytına istinadən ain.az xəbər verir.
Belarus gəmilərinin Ukraynanın ərazi sularına girməsi qadağan ediləcək.
Moderator.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı fərmanda qeyd edilib.
"Xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Ukraynanın ərazi sularına və limanlarına girişinə qadağa və ya məhdudiyyət qoyulur", - deyə fərmanda bildirilib.
Qeyd edək ki, Volodimir Zelenski həmçinin şəxsən Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı da sanksiyalar tətbiq edib. Səbəblər arasında Zelenski Belarus ərazisində "Oreşnik" raket kompleksinin yerləşdirilməsi üçün infrastrukturun qurulmasını vurğulayıb. Bəzi sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.