AZ

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək – QADAĞA QOYULDU

Belarus gəmilərinin Ukraynanın ərazi sularına girməsi qadağan ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı fərmanda qeyd edilib.

"Xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Ukraynanın ərazi sularına və limanlarına girişinə qadağa və ya məhdudiyyət qoyulur", - deyə fərmanda bildirilib.
 

Qeyd edək ki, Volodimir Zelenski həmçinin şəxsən Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı da sanksiyalar tətbiq edib.


Səbəblər arasında Zelenski Belarus ərazisində "Oreşnik" raket kompleksinin yerləşdirilməsi üçün infrastrukturun qurulmasını vurğulayıb. Bəzi sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilib.

Bizim.Media

Seçilən
35
3
bizim.media

4Mənbələr