EN

Azərbaycandan Türkiyəyə neft ixracı artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 19,5 milyon ABŞdolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 41,8 min ton xamneft və neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilineyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15, 3 milyon dollar vəya 4,6 dəfə, həcm baxımından isə 33,2 min ton və ya 4,9 dəfəçoxdur.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 4,2milyon ABŞ dolları dəyərində 8,6 min ton neft və neft məhsullarıixrac olunmuşdu.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9%azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6%artıb.

Chosen
21
6
az.trend.az

10Sources