Kiyev Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib.
Ölkə.az xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.
Zelenski bununla bağlı özünün Telegram kanalında yazıb: “Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı bir sıra sanksiyalar tətbiq edib”. Zelenski bu addımın atılmasını Belarusun Rusiya ilə əməkdaşlığı, xüsusən də Rusiyanın “Oreşnik” raket sisteminin onun ərazisində yerləşdirilməsi ilə izah edib.
O əlavə edib ki, Kiyev bu məsələ ilə bağlı tərəfdaşlarla işləyəcək. Zelenskinin veb saytında yerləşdirilən sənədə görə, sanksiyalar 10 il müddətinə tətbiq olunur.
Mürtəza