AZ

Kiyevdən Lukaşenkoya 10 illik sanksiya tətbiqi - Səbəbsə

Kiyev Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib. 

Azreform.info xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.

Zelenski bununla bağlı özünün Telegram kanalında yazıb: “Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı bir sıra sanksiyalar tətbiq edib”. Zelenski bu addımın atılmasını  Belarusun Rusiya ilə əməkdaşlığı, xüsusən də Rusiyanın “Oreşnik” raket sisteminin onun ərazisində yerləşdirilməsi ilə izah edib.

O əlavə edib ki, Kiyev bu məsələ ilə bağlı tərəfdaşlarla işləyəcək.  Zelenskinin veb saytında yerləşdirilən sənədə görə, sanksiyalar 10 il müddətinə tətbiq olunur. 

Mürtəza

Seçilən
82
3
azreform.info

4Mənbələr