EN

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı - Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər...

Dubaydan Moskvaya gələn 33 yaşlı Azərbaycan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.

 

Azərbaycan vətəndaşı özü ilə 18,5 milyon rubl dəyərində brilyantlarla bəzədilmiş platin və qızıl ərintili beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.

 

Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.

 

Qeyd edilib ki, zərgərlik əşyaları müsadirə edilib, azərbaycanlı qadın qaçaqmalçılıqda ittiham olunur. Onu beş ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.

Tarix: 18 Fevral 2026, 13:33   
Chosen
54
9
pravda.az

10Sources