AZ

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı Moskvada aeroportda saxlanılıb

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Dubaydan Moskvaya gələn 33 yaşlı Azərbaycan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.

APA yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı özü ilə 18,5 milyon rubl dəyərində brilyantlarla bəzədilmiş platin və qızıl ərintili beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.

Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.

Qeyd edilib ki, zərgərlik əşyaları müsadirə edilib, azərbaycanlı qadın qaçaqmalçılıqda ittiham olunur. Onu beş ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
9
azpolitika.info

10Mənbələr