EN

ÇL: “Qarabağ” “Nyukasl”la üz-üzə – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı ilk oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Espen Eskos olacaq.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkir. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanıb. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə uğursuz gedişata son qoymağa, ingilislər üzərində ilk qələbəsini qazanmağa çalışacaq. 1/8 finala vəsiqə qazanmaq yolunda da təmsilçimizin ilk oyunu qalib başa vurması böyük önəm kəsb edir. Əks halda “Nyukasl” kimi güclü komandanı səfərdə mübarizədən kənarlaşdırmaq daha da müşkülə çevriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
18 fevral

“Qarabağ” – “Nyukasl”
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad (Norveç).
VAR: Rob Diyperink (Niderland).
AVAR: Dennis Hiqler (Niderland).
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
43
9
arena.az

10Sources