EN

Eddi Hau: “Qarabağ”la oyun asan olmayacaq” – ARENA.AZ

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Eddi Hau bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq. “Qarabağ”ı ciddi şəkildə araşdırmışıq. Onların “Çelsi” və “Liverpul”la oyunlarını təhlil etmişik. “Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı qarşılaşma olacaq. “Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlara malikik.

İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik. Çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək. Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq.

Açığı, Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb. Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdirediləsidir. Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var. Oyunlarına baxmaq maraq doğurur. Ona görə “Qarabağ”a qarşı oyun asan olmayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
41
8
arena.az

10Sources