EN

“Qarabağ” – “Nyukasl” matçına satılan bilet sayı bəlli oldu 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçının satılan bilet sayı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşə 27 min 500 bilet satılıb. Biletlər məhdud sayda qaldığı bildirilir.

 “Qarabağ” – “Nyukasl” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN

📌VIP sektorlar: 200, 250, 300 və 400 AZN
📌VVIP sektorlar: 1000 AZN

 Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

 Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Chosen
57
2
idmanxeber.az

10Sources