Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Bu barədə "Report"a Azərbaycan çempionundan məlumat verilib.
Qarşılaşma üçün hələlik 18 750 bilet satılıb.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.