EN

"İdrak" liseyində şagirdin yaraladığı müəllimə evə buraxılıb

"İdrak" liseyində fevralın 6-da şagirdin yaraladığı müəllimə evə buraxılıb.

Bu barədə Azreform.info -a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə KTM-ə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın dünən ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Chosen
3
25
azreform.info

10Sources