EN

Ölkə çempionatında yarımfinalçılar müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu gün keçirilən tay-brek görüşlərində sensasiya qeydə alınıb.

Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb (2,5-3,5). 

Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb (3-1). Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk edib (1,5-2,5)

Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü oldu 3-1. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazanıb (2,5-1,5). 

Qeyd edək ki, yarımfinal görüşlərinə sabah start veriləcək.

Ölkə çempionatı: 1/4 finalın ilk iştirakçıları müəyyənləşib - FOTO

Ölkə çempionatı: 1/8 final mərhələsinin ilk partiyaları keçirilib - FOTO

Azərbaycan çempionatı: 1/8 final iştirakçıları bəlli olub - FOTO

Ölkə çempionatı: 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib - FOTO

Şahmatçımız Niderlandda keçirilən beynəlxalq turnirdə üçüncü olub

Chosen
98
9
apasport.az

10Sources