AZ

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

style='margin-bottom:10px;'>

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

QOL.az xəbər verir ki, yarışın son qalibi Rauf Məmmədov gözlənilmədən gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb.

Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb. Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq turnirdəki çıxışını başa vurub.

Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü olub. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Sabah Azərbaycan çempionatında yarımfinal görüşləri başlayacaq.

Seçilən
53
8
teleqraf.com

10Mənbələr