EN

Bakıda binada yanğın - Sakinlər təxliyə edildi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə,Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəliyaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrəcəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəliyaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilinmətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənziləyayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 128kv.m. olan üçotaqlı mənzilinmətbəxində 3p.m. mətbəx mebeli və məişət əşayaları yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyəolunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizəolunub.

Chosen
19
17
az.trend.az

10Sources