AZ

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

Bakı, 16 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 128 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 3 poqonometr mətbəx mebeli və məişət əşyaları yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Seçilən
25
26
azertag.az

10Mənbələr