EN

Vaşinqtonun Tehranla necə razılığa gələcəyi məlum oldu

Amerika Birləşmiş Ştatları İran neftinə təzyiqi artırmaqla bu ölkə ilə razılığa gəlməyi planlaşdırır.

Publika.az xəbər verir ki. bu barədə "Axios" portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi, əsasən də neftin Çinə satışı hissəsində gücləndirilməsi barədə razılığa gəliblər.

Jurnalistlərin məlumatına görə, ABŞ iqtisadi təzyiqi danışıqlar prosesi və Yaxın Şərqdəki hərbi mövcudluğunun artırılması ilə paralel şəkildə gücləndirmək niyyətindədir.

Fevralın 12-də Tramp ABŞ-ın İranla saziş bağlamasının zəruri olduğunu bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir razılaşmanın olmaması İslam Respublikası üçün "travmatik" olacaq.

Chosen
53
22
publika.az

10Sources