EN

Santyaqo Kastro “Bolonya” ilə yeni müqaviləyə imza atdı – ARENA.AZ

İtaliyanın “Bolonya” komandasının argentinalı mərkəz hücumçusu Santyaqo Kastro A Seriyası təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub gənc hücumçusu ilə yeni müqavilənin 2030-cu ilin 30 iyununadək nəzərdə tutulduğunu bəyan edib. Əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Santyaqo Kastro Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. “Bolonya” onu 2024-cü ilin yanvarında 13,2 milyon avro müqabilində Argentina klubundan transfer edib.

Kastro cari mövsümdə iştirakçısı olduğu 31 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Bolonya” karyerası bütövlükdə 85 oyun, 19 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Kastro Argentinanın U-16, U-20 və U-23 yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
7
7
arena.az

10Sources