EN

Qrenlandiyanı neçəyə satırsız sualına Danimarka baş naziri belə cavab verdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın dəyərinin qiymətləndirilməsi ilə bağlı suala cavab verməkdən imtina edib.

Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında keçirilən panel müzakirəsi zamanı danışıb.

Baş nazir bildirib ki, hər hansı ərazinin “qiymətini” müəyyənləşdirmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, İspaniyanın, ABŞ-ın və ya dünyanın başqa bir hissəsinin dəyərini qiymətləndirmək mümkünsüzdür. Qrenlandiya da bu siyahıya aiddir.

Frederiksen vurğulayıb ki, Danimarka demokratik dəyərlərə və xalqların öz müqəddəratını təyin etmək hüququna sadiqdir. O qeyd edib ki, Qrenlandiya xalqı ABŞ-ın tərkibinə qoşulmaq istəmədiyini açıq şəkildə ifadə edib və öz kimliyini qorumaq niyyətindədir.

Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsi olsa da, Trump daha əvvəl dəfələrlə adanın ABŞ-a birləşdirilməsi ideyasını gündəmə gətirib. Danimarka və Qrenlandiya hakimiyyətləri isə Vaşinqtonu ərazi bütövlüyünə hörmət etməyə çağırıblar.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
50
globalinfo.az

10Sources