Mette Frederiksen Rusiyanın müharibədə verdiyi itkilərlə bağlı sərt açıqlama verib.Metbuat.az xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfrasında deyib. O bildirib ki, 35 min nəfərlik itki Danimarka kimi ölkələrdən hər hansı birində baş versəydi, bu, böyük faciə sayılardı və cəmiyyət bunu heç vaxt özünə bağışlamazdı. Lakin Frederiksenin sözlərinə görə, Rusiyada hərbçilərin itkisi bu cür rəqəmlərlə qiymətləndirilmir. Baş nazir qeyd edib ki, bu vəziyyəti anlamaq üçün Rusiyanın İkinci Dünya Müharibəsində verdiyi itkilərlə müqayisə aparmaq lazımdır. Onun sözlərinə görə, Moskvanın düşüncə tərzi ilə digər Avropa ölkələrinin yanaşması arasında ciddi fərq var. Frederiksen vurğulayıb ki, Qərb ölkələri özlərini Moskvadakı düşüncə tərzi ilə müqayisə edə bilməz.