Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, gənc mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.
Ayxan Abbasov qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Rəqiblərimiz bilindi. Jomandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Xatırladaq ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək. Azərbaycan millisinin oyunlarının rəsmi təqvimi və məkanları daha sonra müəyyənləşəcək.
