EN

ABŞ Dövlət Katibinin köməkçisi Bakıdan danışdı

ABŞ Dövlət Katibinin İqtisadi Məsələlər üzrə köməkçisi Ceykob Helberq Yerevan və Bakıya səfərləri barədə fikirlərini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün X platformasındakı hesabında yazıb.

Helberq yazıb ki, Vensin tarixi səfəri regional sabitlik və ortaq iqtisadi artım üçün güclü təməl yaradıb: "Mən indicə Azərbaycana, Bakıya çox məhsuldar bir səfərimi başa vurdum. Bu şəhərin qonaqpərvərliyi və mütərəqqi enerjisi həqiqətən də diqqətəlayiqdir. Tramp administrasiyasının "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu"nun (TRIPP) regionu əbədi olaraq dəyişdirəcəyi aydındır".

O, Vensin tarixi səfərinin regional sabitlik və ortaq iqtisadi artım üçün güclü bir təməl yaratdığını əlavə edib.

Ağarza Elçinoğlu

Chosen
23
50
unikal.az

10Sources