AZ

Avstraliyalılar İsrail prezidentinin səfərinə etiraz etdilər

Avstraliyada yüzlərlə şəxs İsrail Prezidenti İsxak Hersoqun ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirib. 

“Unikal” xarici KİV istinadən  xəbər verir ki, hadisə paytaxt Kanberrada baş tutub. Belə ki, yüzlərlə insan Parlament binası önünə toplaşıb. 

Etirazlar ölkənin müxtəlif şəhərlərində də davam edib. Melburnda yürüş keçirilib, Sidneydə isə təxminən 6 min nəfərin qatıldığı aksiyada bir neçə nəfər saxlanılıb. 9 şəxs barəsində polisə “müqavimət və göstərişlərə əməl etməmə” maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, bəzi siyasi partiya üzvləri və ictimai qurumlar səfərin ləğvini tələb edib, bir sıra təşkilatlar isə Hersoqa viza verilməməsi və barəsində araşdırma başlanması üçün rəsmi qurumlara müraciət ünvanlayıb.

Ayxanım Məlikova 
 

Seçilən
11
29
unikal.az

10Mənbələr