Bakı, 12 fevral, AZƏRTAC
İngiltərə Premyer Liqasının 26-cı turunda növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Liverpul” səfərdə “Sanderlend”lə qarşılaşıb və minimal hesabla (1:0) qalib gəlib. Oyunun yeganə qolunu 61-ci dəqiqədə Vircil van Deyk vurub.
Bu qələbə ilə “Liverpul” 42 xal qazanaraq turnir cədvəlində altıncı yerə yüksəlib. 36 xalla “Sanderlend” isə 11-ci yerdədir.