AZ

İngiltərə Premyer Liqası: “Liverpul” minimal hesabla qələbə qazanıb

Bakı, 12 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasının 26-cı turunda növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Liverpul” səfərdə “Sanderlend”lə qarşılaşıb və minimal hesabla (1:0) qalib gəlib. Oyunun yeganə qolunu 61-ci dəqiqədə Vircil van Deyk vurub.

Bu qələbə ilə “Liverpul” 42 xal qazanaraq turnir cədvəlində altıncı yerə yüksəlib. 36 xalla “Sanderlend” isə 11-ci yerdədir.

Seçilən
46
2
azertag.az

3Mənbələr